Saat:15:42
Haqqımızda

Bu gün maqnit qasırğası gözlənilir

2022-01-17 15:03:00

Bu gün maqnit qasırğası gözlənilir

Yanvarın 17-də geomaqnit sahənin qeyri-stabil və aktiv səviyyə arasında (Kp = 3-4), yanvarın 18-də isə CH HSS təsirinin zəifləməsi ilə sakit və qeyri-stabil səviyyə arasında (Kp=2-3) dəyişəcəyi gözlənilir.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, yanvarın 14-də Günəşdə baş vermiş tac kütlə atılması (CME) geomaqnit fəallığın artmasına səbəb ola bilər.

Bununla əlaqədar olaraq yanvarın 17-də G1 (zəif) maqnit qasırğasının baş verməsi ehtimal olunur. Proqnoz dövrünün üçüncü günündə (19 yanvar) geomaqnit sahədə sakit şərait gözlənilir (Kp=1-2)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.141595