Bu gün Kubada matəm günüdür
2024-02-05 08:30:02
![Bu gün Kubada matəm günüdür](https://rus.team/images/article/58325/2020-03-14_329-151179_560.webp)
Hurriyyet.az xəbər verir ki, Venesuela, Nikaraqua və Kuba dövlətləri Namibiya Prezidenti Haqe Geynqobun ölümü ilə əlaqədar başsağlığı veriblər, bu Afrika dövləti ilə qardaşlıq münasibətlərini bəyan ediblər.
Bu səbəbdən fevralın 5-i Kubada matəm günü elan edilib.
Namibiyanın keçmiş prezidenti Haqe Geynqob 3 avqust 1941-ci il tarixində anadan olub, 2015-ci il martın 21-dən 2024-cü il fevralın 4-nə qədər dövlət başçısı, 1990-2002, 2012-2015-ci illərdə isə ölkənin baş naziri olub. 83 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Hürr Tərcüman
![](/frontend/uploads/files_son/QAZ12.jpg)