Bu gün İlham Əliyev Türkiyədə möhtəşəm aeroportun açılışında iştirak edəcək
2022-05-14 12:37:00

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin 58-ci aeroportunun açılışında iştirak edəcək.
Yeni Rize-Artvin Hava Limanı dünyada yalnız 5 ədəd (artıq Türkiyədə ikinci) olan dənizkənarı aeroportlardan biridir.
Yeni limana ilk olaraq Türkiyə Prezidenti R.T.Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin sərnişini olduğu təyyarələr enəcək.
Yeni aeroportun ümumi sahəsi 3 milyon kvadrat kilometrdir, Rize şəhərindən 34 km, Artvindən isə 125 km məsafədə yerləşir. Hava limanının uçuş-eniş zolağının eni 45 m, uzunluğu 3 km-dir.
Aeroportun ildə 3 milyon sərnişinə xidmət edəcəyi nəzərdə tutulur.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya