Bu gün Arayikin son günüdür: İstefa verməyə hazırdır

2023-08-31 10:14:26

Bu gün Arayikin son günüdür: İstefa verməyə hazırdır

Qondarma rejimin “rəhbəri” Araik Arutyunyan bu gün “istefa” verə bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə erməni nəşrinin Qarabağdakı mənbələri məlumat verib.

Qəzet iddia edir ki, mövcud vəziyyətdən çıxış yolunu tapmayan separatçı “lider” bu gün istefa verərək bütün səlahiyyətlərini “Qarabağ Təhlükəsizlik Şurası”nın müavininə ötürəcək.

Xatırladaq ki, A. Arutyunyan bundan öncə də “istefa” vermək istədiyini bəyan etsə də, separatçı rejim “siyasi elitası”nın bir sıra üzvləri – keçmiş tanınmamış “DQR” “rəhbərləri” Bako Saakyan, Arkadi Qukasyan, sabiq “dövlət naziri” Ruben Vardanyan, habelə qondarma quruma məxsus “müxalifət fraksiyaları” onu bu əməldən vaz keçməyə məcbur etmişdi.

Lakin buna baxmayaraq, bir sıra erməni nəşrləri bildirib ki, Araik Arutyunyan “istefa”sını ertələsə də, o, bu barədə qətidir və bu addıma gedəcək.

Rəsmi İrəvanın isə artıq onun “postu”na yeni namizədin adını artıq bəlli edib. Belə ki, qondarma “Artsax”ın sabiq “xarici işlər naziri”, Nikol Paşinyanın adamı və sorosçu Masis Mayilyan hazırda Ermənistan siyasi isteblişmenti tərəfindən Qarabağ separatçılarının yeni “rəhbəri” olması üçün təklif edilib. Hətta qəzet iddia edir ki, qondarma qurumun “təhlükəsizlik şurası”nın sabiq “katibi” Samvel Babayan hazırda İrəvanın tərəfindən dəstəklənməsə də, Paşinyan iqtidarı Qarabağda ona da “vəzifə” verə bilər. S. Babayana qondarma rejimin “dövlət naziri” “vəzifəsi”nin veriləcəyi iddia edilir.

Qeyd edək ki, hazırda bu “vəzifə”də Paşinyan hakimiyyətinə yaxınlığı ilə seçilən Qurgen Nersisyan çalışır.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.129972