Bu gün ABŞ-da Ukraynaya "Lend-Liz" razılaşmasına dair səsvermə keçiriləcək

2022-04-27 09:57:00

Bu gün ABŞ-da Ukraynaya

Əgər ABŞ-da "Lend-Liz" Aktı qəbul edilərsə, bu prezidenti Co Baydenə səlahiyyət verəcək və Amerika silahlarının Ukraynaya çatdırılmasını əhəmiyyətli dərəcədə sürətləndirəcək.
Səsvermə aprelin 27-də Kiyev vaxtı ilə saat 21:00-da keçirilməlidir.

"Professional Services Council" qurumunun sədri David Bertonun sözlərinə görə, Rusiya- Ukrayna müharibəsi başlayandan bəri ABŞ mövcud silah ehtiyatlarının demək olar ki, üçdə birini “hazır vəziyyətə gətirib”. Eyni zamanda ekspertlər bildirir ki, hazırda ehtiyatların artırılmasına yönəlmiş müqavilələr yoxdur.
Pentaqon rəhbərinin satınalmalar üzrə keçmiş müavini Ellen Lordun sözlərinə görə, ABŞ "Stinger" daşına bilən zenit-raket kompleksi ehtiyatlarının demək olar dörddə birini Ukraynaya göndərib ki, bu da onun öz təhlükəsizliyinə təhdiddir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya