Saat:03:43
Haqqımızda

Bu generallar vəzifədən azad edildi - Sərəncam

2024-07-04 15:34:10

Bu generallar vəzifədən azad edildi - Sərəncam

Azərbaycan Respublikasının Silhalı Qüvvələrinin iki generalı tutduqları vəzifədən azad olunaraq ehtiyata buraxılıblar.

Hurriyyet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Onlar Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminovdur.

Məlumatı Müdafiə Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Zakir Ağayevə 2022-ci ildə general-leytenant rütbəsi verilmişdi.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.191294