Bu gecə Şuşa, Kəlbəcər və Laçında... - RƏSMİ AÇIQLAMA

2022-12-16 17:44:00

Bu gecə Şuşa, Kəlbəcər və Laçında... - RƏSMİ AÇIQLAMA

Dekabrın 16-dan 17-nə keçən gecə Şuşa, Kəlbəcər və Laçında az qar yağacağı, səhərə doğru kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 17-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Zəif qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir.

Dekabrın 18-də hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacağı ehtimalı var.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.175508