Bu gecə planetlərin paradı olacaq - Nadir hadisə
2022-06-23 17:15:00

Bu gecə bir də 18 il sonra görünəcək nadir astronomik hadisə olacaq
İyunun 24-nə keçən gecə Günəş sisteminin yeddi planeti - Yupiter, Merkuri, Saturn, Venera, Mars, Neptun və Uran sıra ilə düzüləcək. Adı çəkilən son iki planet ən uzaqda yerləşdikləri üçün onları ancaq xüsusi aparatlarla görmək mümkündür.
O da vurğulanır ki, Ay Venera və Marsın arasında görünəcək. Ən yaxşı müşahidə vaxtı Günəş çıxmazdan yarım saat əvvəl hesab olunur.
Növbəti dəfə bu böyüklükdə səma şousu 18 ildən sonra, 8 sentyabr 2040-cı ildə baş tutacaq. Həmin vaxt Mars, Yupiter, Merkuri, Venera və Saturn bir sırada dayanacaq.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya