Bu gecə Paşinyan devrilə bilər - Ermənistan MTX-dan sərt xəbərdarlıq

2022-05-04 23:48:00

Bu gecə Paşinyan devrilə bilər - Ermənistan MTX-dan sərt xəbərdarlıq

Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası davam edir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti parlament binasının ələ keçirilməsinə cəhd ediləcəyi ilə bağlı xəbərdarlıq yayıb.

"Təxribatçılar bu addımı atarlarsa, məsuliyyətin onların üzərində olacağını bildiririk. Ermənistan vətəndaşlarından belə təxribatlara uymamağı xahiş edirik", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, bir çox müxalif yönümlü erməni sosial şəəbəkə hesabları və saytlarda bu gecə N.Paşinyanın devriləcəyi ilə bağlı iddia səsləndiriblər. \\Press.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya