Bu erməniləri Qarabağa qaytarmağa hazırıq - Rusiya
2024-02-10 16:06:48
Rusiya Qarabağ ermənilərinin arzu etdikləri təqdirdə onların bölgəyə təhlükəsiz qayıtmasına şərait yaratmağa hazırdır.
Bu sözləri TASS-a açıqamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu baxımdan, geri qayıtmaq istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımı qaydada təmin etməklə, geri qayıtmasına şərait yaradılması vacibdir. Biz bu prosesə hər cür yardım göstərməyə hazırıq, o cümlədən Rusiya sülhməramlı kontingenti vasitəsilə", - Qaluzin bildirib.
axar.az