Saat:16:33
Haqqımızda

Bu ərazimizə yarım metr qar yağdı

2024-03-27 10:27:40

Bu ərazimizə yarım metr qar yağdı

Martın 27-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Bu barədə Hurriyyet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında da gecə saatlarında qısamüddətli yağış yağıb.

Martın 26-sı gün ərzində müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarında mülayimləşib.

Qar örtüyünün hündürlüyü Şahdağda 52 sm, Daşkəsəndə 11 sm, Lerikdə 6 sm, Gədəbəydə 3 sm olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şahdağda qar, Şahbuz, Astara, Tovuz, Ağstafa, Yardımlı, Ordubad, Lənkəran, Gəncə, Sədərək, Şəmkir, Qusar, Beyləqan, Naxçıvan, Naftalan, Ceyrançöl, Zaqatala, Şəki, Quba, Bərdə, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Şabran, Altıağac, Quba, Biləsuvar, Culfa, Bakıda və Abşeron yarımadasında yağış yağıb.

Qrız, Şahdağ, Lerik, Yardımlı, Daşkəsən, Göygöl, Qax, Quba, Sumqayıtda duman müşahidə olunub.

Məlumatda qeyd edilib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 dərəcə isti (dağlarda 4 dərəcəyədək isti), Aran rayonlarında 5-9 dərəcə isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR