“Bu dövlətin bir yiyəsi-sahibi yoxdurmu?” – ŞAMAXI SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR

Şamaxı şəhəri, Sabir qəsəbəsinin sakini Kazımova Aysel Kazım qızı tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2021-ci ildən Məşğulluq Xidmətində qeydiyyatda olmasına baxmayaraq, ona heyvan vermirlər, “vaxtının çatmadığını” deyirlər:
"Mən, Kazımova Aysel Kazım qızı, sizdən xahiş edirəm ki, mənə kömək edin.
2021-ci ildən Məşğulluq İdarəsindən heyvan almaq üçün qeydiyyatdan keçmişəm. Mənə siyahıda 307-ci adam olduğum deyilmişdi. Lakin illər, aylar keçir, bu 307-ci nömrə gəlib çıxmır.
Bu qədər özbaşınalıq olmaz. Bu dövlətin bir yiyəsi-sahibi yoxdurmu? Ehtiyac ucbatından müraciət etmişik, bizi gecikdirirlər. Bizdən sonra müraciət edənlər alır, bizə sıra gəlmir.
Hər bir işin başında pul durur, bu aydındır. Amma həqiqi ehtiyacı olanlara heç olmasa yazığınız gəlsin".
Məsələ ilə bağlı Şamaxı rayonu Məşğulluq Xidməti ilə əlaqə saxladıq, məsələnin araşdırılacağı bildirildi.
Jalə FAMİLQIZI
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya