Bu dövlət qurumunda qəbul zamanı vətəndaş öldü
2023-01-18 22:57:00

Qazax-Tovuz Regional Təhsil İdarəsinin inzibati binasında ölüm hadisəsi baş verib.
Abdıyev Elçin Nadir oğlu təhsil idarəsində olarkən dünyasını dəyişib.
Regional Təhsil İdarəsi hadisə ilə bağlı açıqlamasında bildirib ki, 18 yanvar 2023-cü il tarixində Qazax-Tovuz Regional Təhsil İdarəsində keçirilən idarə müdirinin vətəndaş qəbulu zamanı vətəndaş Abdıyev Elçin Nadir oğlunun qəfildən halı pisləşmiş, əməkdaşların və təcili-tibbi yardımın ilkin müdaxiləsinə baxmayaraq Elçin Abdıyev dünyasını dəyişmişdir. \\ Qaynarinfo
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya