Bu dövlət qurumlarında yoxlamalar aparılacaq

2022-04-26 14:00:00

Bu dövlət qurumlarında yoxlamalar aparılacaq

“Cari ildə Gənclər və İdman Nazirliyində aparılacaq uyğunluq auditi çərçivəsində “Tokio-2020” və federasiyalara ayrılan vəsaitin auditi, həmçinin Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üçün gəlir və xərc hesabatının auditi aparılacaq”.

Hurriyyet.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib. 

Palata sədri vurğulayıb ki, cari ildə qarşıda duran vacib məsələlərdən biri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinə dövlət tərəfindən dəstək tədbirlərinin maliyyə təminatının icraçı qurumlar tərəfindən icrası ilə bağlı auditlər aparılmasıdır. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya