“Bu dəfə Putinlə danışmağa ehtiyac duymadım” - Paşinyan

2023-09-12 10:01:50

“Bu dəfə Putinlə danışmağa ehtiyac duymadım” - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət barədə bir sıra dövlətlərin başçısına telefon vasitəsilə məlumat verib, amma Rusiya prezidentilə danışmayıb.

Hurriyyet.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu mövzuda jurnalistlərin verdiyi suala Nikol Paşinyan yenə incik uşaq kimi cavab verib.

“Bundan əvvəl dəfələrlə Rusiya prezidentinə zəng etmişəm və yaranmış situasiya ilə bağlı məlumat vermişəm. Rusiya prezidenti isə mövcud vəziyyət barədə dəqiq məlumatlıdır”- deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti ilə son telefon danışığından bəri, situasiya dəyişməyib: “Ona görə də, yeni danışığa ehtiyac görmədim. Ehtiyac yaranarsa, onunla yenidən əlaqə saxlayacağam”.

azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.124996