“Bu cinayəti törətdiyinə görə İran cəzalanmalıdı” – ELDAR SABİROĞLU YAZIR
2023-01-27 15:21:00
.jpg)
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum təsadüfi sayıla bilməz. Bu, bir başa fars rejiminin hazırladığı dövlət terrorudur. Bunun başqa adı yoxdur.
Dünya öz etirazını hökmən bildirməli və bu cinayəti törətdiyinə görə İran cəzalanmalıdır. Düşmənin səfirliyimizə hücumu zamanı terrorçu dəstə arasında ermənilərin olduğu barədə məlumatlar da yayılır. Xüsusi xidmət orqanları elə zənn edirlərmiş ki, qısa müddətə Azərbaycan səfirliyini təslim edə biləcəklər. Lakin onların düşündüyü kimi olmadı. Diplomatlarımız sözün əsl mənasında terrorçu qrupla savaşa qalxdı. Orxan adlı igidimiz sonacən döyüşdü və qəhrəmancasına həlak oldu.
Eldar SABİROĞLU
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya