Bu bələdiyyələrin rəhbər şəxslərinə cinayət işi açılıb
2023-02-15 11:44:00

Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə məlumat verilib.
Qobustan rayonu Qobustan, İmişli rayonu Bəcirəvan, Sabirabad rayonu Qaralar və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.
Həmçinin Bakı şəhəri Xətai, Abşeron rayonu Masazır, İmişli rayonu Qulubəyli, Biləsuvar rayonu Ağalıkənd və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər aidiyyəti üzrə istintaq orqanlarında baxılmaqdadır.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya