Bu bazarlarda ilin ikinci yarısında növbəti BAHALAŞMA OLACAQ - AÇIQLAMA

2022-05-06 15:20:00

Bu bazarlarda ilin ikinci yarısında növbəti BAHALAŞMA OLACAQ - AÇIQLAMA

2022-ci ildə mənzil bazarında qiymətlərin daha böyük sürətlə artması müşahidə edilir.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, yeni satışa çıxarılan mənzillərin (ilkin mənzil bazarı) qiyməti ötən ilin mart ayına nisbətən orta hesabla 6,1 faiz yüksəlib.

İlkin mənzil bazarında bahalaşma sürəti təkrar mənzil bazarındakı qiymət artımı ilə müqayisədə daha yüksək olub. Təkrar bazarda bahalaşma 4 faiz təşkil edib.

Mənzil bazarında qiymətlərin sürətlə artması səbəbləri haqqında Sfera.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Elnur Azadov qeyd edib ki, ilkin bazarda bahalaşmanın əsas səbəbi tikinti materialları bazarında qiymətlərin sürətlə artması və tikinti şirkətlərinin dövriyyəsinin şəffaflaşması ilə bağlıdır.

Ekspert son bir ildə inşaat materiallarının qiymətinin ümumilikdə 15 faizdən çox artdığını xatırladıb. Onun sözlərinə görə, daha böyük qiymət artımı ağac məmulatlarında, plastic vasitələrdə, metal məumaltlarda qeydə alınıb. Bunlarla bərabər həmsöhbətimiz sement və armaturun da bahalaşdığını vurğulayıb.

E.Azadov inşaat materiallarının qiymətinin artmasının tikinti xərclərini artdığından bu, yeni tikilən mənzillərin dəyərinə təsir göstərdiyini qeyd edib.
Onun müşahidələrinə görə, tikinti materiallarında qiymət artımı davam edəcək və ilin ikinci yarısında növbəti bahalaşma olacaq.

Ekspert mənzil qiymətlərinin artmasına təsir edən digər səbəbi tikinti şirkətlərinin fəaliyyətində şəffaflığın artması ilə əlaqələndirib. O xatırladıb ki, tikinti şirkətləri ƏDV ödəyicisidir və buna görə də onların dövriyyəsinə nəzarət güclənib.

"Dövriyyənin dəqiq göstərilməsi, hesablaşmaların rəsmi qaydada aparılması tələbi var. Buna görə şirkətlərin əlavə xərcləri yaranıb”, - deyən E.Azadov dövriyyənin dəqiq göstərilməsinin qiymətlərin artmasına təsir etdiyini söyləyib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya