Bu azərbaycanlı bir dəfə "Greencard"ı udub getmədi, ikinci dəfə yenidən qalib gəldi

2022-05-10 21:58:00

Bu azərbaycanlı bir dəfə

Hurriyyet.az azxəbər-ə istinadla 2 dəfə "Greencard" qalibi olan Fəda Nəsirli ilə müsahibəni təqdim edir:

- Özünüzü izləyicilərimizə təqdim edin...
- Mən Nəsirli Fəda Siyavuş oğlu. 1996-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində dünyaya gəlmişəm. 2018-ci ildə ali məktəbi bitirmişəm. 2019-cu ildə hərbi xidmətə yollanmışam, 2020-ci ildə tərxis olmuşam.

- Necə oldu ki, "Greencard" lotoreyasına qoşulmağa qəra verdiniz?

- "Greencard" lotoreyasına qoşulmaq tələbəlik illərində ağlımda yox idi. Universitetin sonuncu kursunda oxuyarkən 2017-2018-ci illərdə qərara gəldim ki, Amerikaya gedim. Bu barədə bəzi araşdırmalar etdim. Dostlarım mənə "Greencard"-a qoşulmağı təklif edirdilər, lakin qalib ehtimalım çox az idi. 

- Bildiyimiz qədərilə bundan öncə bir dəfə də müraciət etmisiniz və qalib olmusunuz. Bir az bu haqda danışaq...

- 2017-ci ildə ilk dəfə müraciət etmişdim. Müraciətimi tam xatırlamırdım. Əgər xatırlasaydım, bu barədə daha məsuliyyətli davranardım. Lotoreyadan qeydiyyatdan keçmişdim, lakin bu barədə ətraflı məlumatım yox idi. 2018-ci ildə universiteti bitirdim, daha sonra hərbi xidmətə yollandım. Hərbi xidmətdən qayıdandan 8 ay sonra yeni "Greencard" üçün qeydiyyatdan keçmək istədim. Bəxtimi yoxlamaq istəyirdim. Mail adresimə daxil olanda gördüm ki, "Greencard" adından bir mesaj gəlib. Gördüm ki, qalib gəlmişəm. İlk dəfə görəndə heç inanmağım gəlmədi. Bir neçə şəxslərə bu mesajı göndərdim. Bunun doğru olduğunu mənə bildirdilər. Təbii ki, çox pis oldum, xəbərsiz olduğuma görə bu fürsəti qaçırtdım. Amma bunu da bir qismət kimi qəbul edirəm.

- Hazırda yenidən qalib gəlmisiniz. Bu dəfə gedib orada yaşamağı düşünürsünüz?

- Bəli, bu fürsəti dəyərləndirməyi planlaşdırıram.

- Amerikada yaşadığınız müddətdə nə kimi işlərlə məşğul olmağı planlayırsınız?

- Biznesyönümlü fəaliyyət göstərməyi planlaşdırıram. İndiyə qədər sərhəddən kənara çıxmamışam. Orada kifayət qədər tanışlarım var. Onların mənə dəstəyi sayəsində bir neçə iş görməyi düşünürəm. Bir neçə təkliflər var. Ora getmək üçün bir neçə peşə biliyin olmalıdır. Bu təkliflər barədə düşünürəm, uyğun bildiyimi qəbul edecəm.

- Amerikada qalacaq yaşayış yerinizi təyin etmisiniz?

- Planladığım şəhər Boston şəhəridir. Dostlarım, tanışlarım orada yaşayır deyə, mənə də rahat olacaq. Xərclərim barədə danışım. Bu xərcləri özüm qarşılayacam. Çünki mən rəsmi saytın özündən qeydiyyatdan keçmişəm. Heç bir daxili özəl şirkətə qoşulub getməyəcəm.

- "Greencard"la qalib gələnlər Amerikada necə qarşılanır? Bu haqda məlumatınız varmı?

- Bu barədə o qədər də məlumatlı deyiləm. Mən orada heç vaxt yaşamamışam. Amma "Greencard"la gedənlər ora bilet alıb gedən adamlardan daha şanslıdır. Çünki o karta yiyələndikdən sonra öz ölkənə sərbəst şəkildə gedib-gələ, ailəni apara bilərsən. Bu da kartın əlverişli xüsusiyyətlərindəndir.

Bildiyimiz kimi ABŞ-da xarici dil bilmək vacibdir. Hansı xarici dili bilirsiniz?

- Bu, mənim yaralı yerimdir. Təəssüf hissi ilə deyirəm ki, mən ingilis dilini zəif bilirəm. Universitetdə təhsil aldığım qədərilə "Elementry" səviyyəsində bilirəm.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya