Saat:07:22
Haqqımızda

"Bu ay Rusiya daxilində və müharibə meydanında ciddi hadisələrin baş verəcəyi gözlənilir" - KƏNAN NOVRUZOV

2023-02-01 10:55:00

"Fevralın 24-də müharibənin ildönümündə Putinin xalqa müraciət edəcəyi gözlənilir, o, vətəndaşlarına hansısa xoş xəbərlər verməlidir"

"ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək. Qeyd olunub ki, həm Qərb, həm Ukrayna, həm də Rusiya mənbələrinin proqnozları bu fikri təsdiqləyir. Bundan əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstititu və Britaniya kəşfiyyatı bildirmişdi ki, yaxın vaxtlarda Rusiyada səfərəbərliyin ikinci dalğası elan olunacaq. Bu iki məqam bir-birini tamamlayır". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov qeyd edib.

Ekspertin sözlərinə görə, Qərb dövlətləri, o cümlədən Britaniya, Polşa və Almaniya qarşıdakı aylarda Ukraynaya ağır və müasir tanklar verəcəklər: "Həmin texnikaların tədarükü təxminən, fevralın sonu, martın əvvəlinə planlaşdırılır. Tanklar Ukraynaya təhvil veriləndən sonra döyüş meydanında Kiyevin xeyrinə əhəmiyyətli dəyişiklik yarana bilər. Bunu Kremldə də başa düşürlər. Ona görə də Moskva hücumları intensivləşdirmək üçün tələsir. İkinci bir tərəfdən fevralın 24-də müharibənin ildönümü tamam olacaq. Həmin gün Rusiya prezidenti Vladimir Putinin xalqa müraciət edəcəyi gözlənilir. Əlbəttə, o, vətəndaşlarına hansısa xoş xəbərlər verməlidir. Bunun üçün isə həmin vaxtadək döyüş meydanında üstünlük əldə olunmalıdır".

Kənan Novruzovun fikrincə, döyüş meydanında durumun dəyişməsi üçün variantlar elə də çox deyil: "Ən real alternativ isə şəxsin heyəti sayının artırılması, başqa sözlə desək, səfərbərliyin ikinci dalğasının elan olunmasıdır. Kreml sözçüsü Dmitri Peskov bu yaxınlarda bildirmişdi ki, səfərbərliklə bağlı fərman hələ də qüvvədədir. Bu, əslində "ayaq yeri qoymaqdır". Gələcəkdə hələ də həmin sənədin tələblərinin yerinə yetirilməsi adı ilə səfərbərliyin ikinci dalğası həyata keçirilə bilər. Eyni zamanda, mümkündür ki, indiyədək "xüsusi əməliyyat" kimi təqdim olunan döyüşlər, nəhayət, "müharibə" adalandırılacaq. Beləliklə, Kreml vəziyyətin ciddi olduğuna dair daxili auditoriyaya mesaj verə və potensial səfərbərliyi təşviq edə bilər. Bütün hallarda bu ay Rusiya daxilində və müharibə meydanında ciddi hadisələrin baş verəcəyi gözlənilir".

Vazeh BƏHRAMOĞLU,     

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR