Saat:15:32
Haqqımızda

Bu axşam Ermənistan ilə ABŞ arasında strateji əməkdaşlıq sazişi bağlanacaq - Bayden hökumətinin son akkordları

2025-01-14 09:24:22

Bu axşam Ermənistan ilə ABŞ arasında strateji əməkdaşlıq sazişi bağlanacaq - Bayden hökumətinin son akkordları

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ-ın dövlət katibi Entoni Blinken yanvarın 14-də, Vaşinqtonda strateji əməkdaşlıq barəsində sənəd imzalayacaqlar. 
Bu barədə Ermənistan XİN-in "Teleqram" kanalında məlumat verilibb. Məlumata görə, Mirzoyan 14-15 yanvar tarixlərində ABŞ-da ikigünlük səfərdə olacaq.
İmzalanma mərasimi İrəvan (həm də Bakı) vaxtı ilə saat 22.00-da keçiriləcək və Ermənistan XİN-in rəsmi kanallarında canlı yayımlanacaq.
Bəlli olduğu kimi, bir neçə gündən sonra - yanvarın 20-də ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək. 
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.204559