“Bu, Allahın adına atılan böhtandır” – İlahiyyatçılar arasında böyük qarşıdurma

2022-08-29 13:25:00

“Bu, Allahın adına atılan böhtandır” – İlahiyyatçılar arasında böyük qarşıdurma

“Hacı Şahinə həmişə hörmətlə yanaşmışam. Amma indi onun danışıq tərzi dəyişib. Niyə dəyişib, kim dəyişdirib, anlamıram. “Canınız çıxmaq” ifadəsi nə qədər etikdir?”.

Hurriyyet.az xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənlinin sonucu cümə xütbəsində onun haqqında səsləndirdiyi fikirlərə cavab olaraq deyib.  

Xatırladaq ki, Hacı Şahin xütbədə Elşad Mirinin “Mir Mövsüm Ağa möhtəşəm seyid idisə, niyə özünü sağalda bilmirdi?!” fikirlərini tənqid edib və onun haqda sərt ifadələr işlədib.

Elşad Miri deyib: “İndi insanlar sanki Mir Mövsüm Ağanın ziyarətgahına ginekoloji yer kimi baxır, ora gedib övlad istəyirlər, sağlamlıq diləyirlər. Qəbiristanlıqlar ibadət yeri deyil, bizə axirəti xatırladan yerdir. Amma bu ziyarətgahda axirəti xatırladan heç nə yoxdur”.

Elşad Miri çıxışında qeyd edib ki, Hacı Şahin xütbədə ifadə etdiyi fikirlərlə pirlərə haqq qazandırmağa çalışıb. Onun “Allah deyir ki, namazınızı pirdə qılın” sözünə belə reaksiya verib: “Bu, Allahın adına atılan böhtandır. Allahla insanları aldatmaqdır. Allah harada belə bir söz deyib? Kimi aldadırıq?!

Əgər orda insanların şəfa almaslına rəvac verən amillər varsa, insanlar niyə həkimə gedir?! Gedib nəzir versinlər, məsələ həll olunsun. Məsələn, Şeyxülislam müalicəsi ilə bağlı dəfələrlə Almaniyaya gedib. Almaniyaya gedincə, elə gəlib bu ziyarətgahda sağalması üçün dua etməsi daha uyğun olmazmı?”.

İlahiyyatçının Hacı Şahinə cavabının tam olaraq aşağıdakı videoda izləyə bilərsiniz: 


 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057242