Saat:16:30
Haqqımızda

BU, 8 yaşlı qız toy gecəsi ÖLDÜ! - Səbəbi sizi dəhşətə gətirəcək!

2023-05-20 20:46:00

BU, 8 yaşlı qız toy gecəsi ÖLDÜ! - Səbəbi sizi dəhşətə gətirəcək!

Yəməndə Rəvan adlı 8 yaşlı qız 40 yaşlı kişi ilə nikahının ilk gecəsində dünyasını dəyişib. 

Hurriyyet.Az azerform.az-a istinadən bildirir ki, bu barədə məlumatı Daily Mail yayıb.
Valideynləri qızı pul müqabilində özündən 5 dəfə böyük adama satdıqlarından, erkən nikahın baş tutmasını təkid ediblər. Bunun üçün onlar “bəy”dən bir neçə yüz dollar alıblar. Yəməndə bu qəbildən nikahlar artıq ənənə halını alıb, ona görə də ailə nikaha özü razılıq verib. Ölkədə belə hesab olunur ki, qız nə qədər tez ərə getsə, bir o qədər başıaşağı və ərinə sadiq arvad olar, heç kim onu yoldan çıxara bilməz.
Rəvan toy gecəsi güclü qanaxmadan həyatını itirib.
Yəmənin hüquq müdafiəçiləri Rəvanın ölümündən sonra polisə müraciət edərək, ərinin qatil qismində həbs olunması tələb ediblər. Qadın hüquqları təşkilatının nümayəndələri isə sözügedən cinayətdə əlbir olduqları üçün qızın valideynlərinin cəzalandırılmasını tələb ediblər. Onların fikrincə, bu valideynlərin uşağa sahib olmağa haqqları yoxdur.
Qeyd edək ki, bu Yəməndə azyaşlı gəlinin ilk ölüm hadisəsi deyil. Ötən il də çox erkən yaşda ərə gedən qız 12 yaşında uşaq dünyaya gətirən zaman həyatını itirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR