Saat:19:22
Haqqımızda

“Bu 6 min elə bil söyüş oldu mənə” - Şuşa aksiyasında göyərçinlə məşhur olan QHT sədri

2023-05-30 21:35:00

“Bu 6 min elə bil söyüş oldu mənə” - Şuşa aksiyasında göyərçinlə məşhur olan QHT sədri

"15 min manatlıq layihə söz vermişdilər, ayırmadılar. Şuşa şəhidi ilə bağlı sənədli film üçün isə 6 min manat ayırdılar. Bu 6 min elə bil söyüş oldu mənə". Bu sözləri AzadlıqRadiosuna Şuşa-Xankəndi yolunda etiraz aksiyası zamanı əynindəki kürkü və əlində sıxdığı göyərçinin havaya buraxılanda yerə düşməsi ilə gündəm olan Qeyri-Hökumət Təşkilatı (QHT) rəhbəri Tahirə Məmmədova deyir.
Tahirə Məmmədovanın sədri olduğu "Azərbaycan-İraq Mədəni Əlaqələr" İctimai Birliyinin 2007-ci ildə Azərbaycanla İraqı siyasi, sosial və mədəniyyət sahələrində bir-birinə tanıtmaq məqsədilə yaradılıb.
Təşkilat son illər Qarabağ münaqişəsi haqda məlumatlandırma ilə də məşğul olduğunu bildirir. Məmmədova vətənpərvərlik mövzusunda layihələrə görə dövlətdən, bu il də daxil olmaqla, dörd dəfə maliyyə yardımı alıb.
O, maliyyənin azlığından gileylənib: "İraqda təntənəli şəkildə təqdimatını keçirmək istədiyim, 100 illiyə həsr ediləcək "Heydər Əliyev və Şərq dünyası" adlı kitab çapı haqda layihəm qəbul edilməyib".
"İkinci layihəm Şuşa şəhidləri barədə ötən illərdən start götürən film layihəsi idi. Üçü haqda elə dövlət vəsaiti ilə sənədli filmi təhvil verdim, birinci yer tutan oldu, bir təşəkkür də etmədilər. Dördüncü film haqda layihəyə 6 min manat pul ayırıblar. Şəhidim də Beyləqan rayonundandır. Bu 6 min manat mənə söyüş oldu. 15 min manatlıq layihə sözü verilmişdi, hətta mən genişləndirib sənədli film və kitab çapı nəzərdə tutmuşdum, xaricdə tanıtımlar var idi. Əfsuslar olsun ki, işləyən adamları önə getməyə qoymurlar", – Məmmədova söyləyir. O, maliyyə sıxıntısı barədə Agentliyə müraciət edəcəyini də əlavə edir.
"Yol xərci, filmin çəkilişi, prodüserin və mühasibin maaşları, bank vergisi, hökumətin vergisi və digər xərcləri necə çatdıracam, onu düşünürəm. Hətta istədim ki, etiraz kimi qrantı qaytarım da. Düşünməsinlər ki, acgözlük edirəm, yox, söhbət yaxşı iş üçün lazımlı puldan gedir", – deyən Məmmədova agentliyin "elə də yaxşı işləməyən" QHT-lərə çox pul ayırdığını iddia edir.pravda.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR