BSU-da “Qərbi Azərbaycan məsələsi Azərbaycan təhsili və elmində” mövzusunda dəyirmi masa keçirilib
Noyabrın 26-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə etdiyi çıxışda irəli sürdüyü məsələlərə dair elmi müzakirələr aparılıb və “Qərbi Azərbaycan məsələsi Azərbaycan təhsili və elmində” mövzusunda dəyirmi masa keçirilib.
.jpeg)
Dəyirmi masada BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikasının Milli Məclisinin(MM) deputatı, Qərbi Azərbaycan İcması(QAİ) İdarə Heyətinin sədri Əziz Ələkbərli, MM-in deputatları Şahin İsmayılov, Hikmət Məmmədov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova (Nağıqızı), ADPU-nun Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova, ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Cəlalova,həmin universitetin professorları Fərrux Rüstəmov, İbrahim Bayramov, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, AMEA-nın Abasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Nazim Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin ( STM) sektor müdiri Əfqan Vəliyev, " İnformasiya və Sosial Təşəbbüslərə Dəstək " İctimai Birliyinin(İB) və QHT.az platformasının sədri Cəsarət Hüseynzadə, tarixçi-alim Səbuhi Hüseynov, BSU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
.jpeg)
Tədbirin keçirilməsində məqsəd Qərbi Azərbaycanla bağlı elmi araşdırmaların mövcud vəziyyətini, metodoloji problemləri, mənbələrin sistemləşdirilməsi ilə bağlı çağırışları və gələcək tədqiqat perspektivlərini akademik müstəvidə müzakirə etmək olmuşdur. Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının( AMEA) 80 illik yubileyindəki çıxışından irəli gələn məsələlərə dair elmi müzakirələrə həsr olunub. Dövlət başçımız İlham Əliyevin AMEA-nın sözügedən tarixi yubiley tədbirində vurğuladığı kimi, Qərbi Azərbaycan mövzusu müasir Azərbaycan elminin prioritet istiqamətlərindən biridir və bu sahədə sistemli, elmi əsaslara söykənən tədqiqatların genişləndirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir.
.jpeg)
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev qeyd edib ki, cənab Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyi münasibətilə çıxışında süni intellekt, Vətən müharibəsinin tarixi, Qarabağa və Şərqi Zəngəzura qayıdış, milli kimlik, Azərbaycan tarixi, Azərbaycan dili, Qərbi Azərbaycan məsələləri kimi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən mövzuları bir daha alimlərin, təhsil işçilərinin və ictimaiyyətin diqqətinə çatdırıb.Çünki bu məsələlər Azərbaycanın milli kimliyini, dövlətçilik mahiyyətini və gələcək inkişaf istiqamətlərini özündə əks etdirir.
.jpeg)
Rektor bildirib ki, cənab Prezidentin çıxışları ölkəmizin bu günü və gələcəyi, həmçinin elmin və təhsilin inkişafı üçün strateji yol xəritəsi rolunu oynayır. Bu baxışdan çıxış edərək, Bakı Slavyan Universitetində Qərbi Azərbaycanla bağlı tədqiqatların stimullaşdırılması mexanizmi təsdiq edilib, elmi şuranın qərarı ilə Qərbi Azərbaycan mövzusuna həsr olunmuş dərslik və monoqrafiyaların mükafatlandırılması qaydası tətbiq olunur. Universitet bu istiqamətdə elmi araşdırmaların, tədrisin və beynəlxalq səviyyədə təbliğatın sistemli şəkildə həyata keçirilməsi üçün ardıcıl fəaliyyət göstərir.

A.Nağıyev vurğulayıb ki, BSU-da Qərbi Azərbaycan Tədqiqat Mərkəzi yaradılıb, mövzu üzrə dərsliklər və fənn proqramları hazırlanır, magistratura səviyyəsində yeni fənlər tədrisə daxil edilib. “Qərbi Azərbaycana Qayıdış” konsepsiyası universitetdə tədris olunan bütün dillərə tərcümə olunaraq müxtəlif beynəlxalq tədbirlərdə təqdim edilir. Özbəkistan, Bolqarıstan, Polşa və digər ölkələrdəki tərəfdaş qurumlar vasitəsilə Qərbi Azərbaycan həqiqətlərinin təbliği üçün xüsusi guşələr və təqdimatlar təşkil olunub. Həmçinin “Azərbaycançılıq və onun aktual məsələləri” adlı ənənəvi konfrans çərçivəsində Qərbi Azərbaycanla bağlı xüsusi panel müzakirələri keçirilir.

Rektor qeyd edib ki, cənab Prezidentin vurğuladığı kimi, Qərbi Azərbaycana qayıdış bizim tarixi, hüquqi və mənəvi haqqımızdır. Bu məsələyə elmi əsaslarla yanaşmaq, onu obyektiv şəkildə təqdim etmək və düzgün kommunikasiya strategiyası formalaşdırmaq olduqca vacibdir. Bugünkü görüşün məqsədi də məhz bu istiqamətdə müzakirələri dərinləşdirmək, yeni elmi nəticələr ortaya qoymaq və Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə tədrisinə və təbliğinə töhfə verməkdir.
.jpeg)
MM-in deputatı, QAİ İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin, tarixi faktların, xronoloji mənbələrin, xəritələrin geniş auditoriyalara çatdırılması strateji zərurətdir. Tarixi mənbələrin toplanması, xəritələrin elmi əsaslarla təqdim edilməsi və beynəlxalq səviyyədə təbliği qarşıya qoyulan əsas vəzifələrdəndir. O qeyd edib ki, baş verən proseslər fonunda həm dövlət qurumlarına, həm ictimai təşkilatlara, həm də ali təhsil müəssisələrinə mühüm vəzifələr düşür. Qərbi Azərbaycan İcması da bu istiqamətdə üzərinə düşən missiyanı həyata keçirməkdə davam edir.
.jpeg)
Tədbir zamanı çıxış edən akademik Abel Məhərrəmov gənclərin tarixi həqiqətlərin dərindən öyrənilməsi və təbliği istiqamətində mühüm rola malik olduğunu vurğulayıb. Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında Qərbi Azərbaycanla bağlı məsələlərin elmə gətirilməsinin vacibliyini qeyd edib. ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova (Nağıqızı) isə Qərbi Azərbaycan istiqamətində görülən işlərin BSU tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdıraraq tarixin erkən yaşlardan öyrənilməsinin, toponimlər üzrə geniş araşdırmaların aparılmasının və orta məktəblərdə açıq dərslərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

MM-in deputatı Hikmət Məmmədov, tarixçi-alim Səbuhi Hüseynov, millət vəkili və BSU-nun "Roman-german dilləri" Kafedrasının müdiri Sevinc Fətəliyeva, STM-nin sektor müdiri Əfqan Vəliyev,ADPU-nun professoru universitetin professorları Fərrux Rüstəmov, "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək " İB-nin və QHT.az platformasının sədri Cəsarət Hüseynzadə BSU-nun Jurnalistika kafedrasının professoru Şəlalə Həsənova, BSU-nun Pedaqogika kafedrasının müdiri Piralı Əliyev mövzu ətrafında çıxış ediblər.
.jpeg)
Sonra müzakirə platformasına keçid alan dəyirmi masada mövzu ətrafında maraqlı müzakirələr aparılıb və əldə edilən nəticələr yekunlaşdırılıb.
Tədbbirin sonunda A.Nağıyev bildirib ki, bu gün filologiya elmləri doktoru, tanınmış dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi Həsən İbrahim oğlu Mirzəyevin doğum gününə təsadüf edir. Rektor əlavə edib ki, görkəmli alimlərin xatirəsinin əbədiləşdirilməsi, onların həyat və fəaliyyətinin gənc nəslə tanıdılması universitetin əsas məqsədlərindən biridir. Bu məqsədlə tədbirdən sonra professorun zəngin elmi fəaliyyətini və həyat yolunu əks etdirən məlumat xarakterli xatirə lövhəsi universitetin foyesində asılıb.
Hurriyyet.az

.jpeg)

