Saat:11:05
Haqqımızda

Brüsseldə 1918-ci il Cənubi Qafqaz Konfederasiyasının bərpası haqda qərar verilib?..

2023-11-11 11:41:40

Brüsseldə 1918-ci il Cənubi Qafqaz Konfederasiyasının bərpası haqda qərar verilib?..

Avropada doğrudan da, “Cənubi Qafqaz Xalqlarının III Qurultayı” adlı belə bir tədbir doğrudan da keçirilibsə, orada Azərbaycandan kimsə iştirak edibmi?..

“Rusiya Ermənistanda Qərblə inteqrasiyanı təqlid edən psevdo-Qərb qüvvələri yaradır...”-Erməni politoloq

Erməni politoloq Ara Papyan Ermənistanın Qərb birliyinə inteqrasiyasını qaçılmaz hesab edir.

"Ermənistan və Amerika hərbçiləri arasında keçirilən görüş onu göstərir ki, Qərb Ermənistanla əməkdaşlığı dərinləşdirməyə hazırdır. Bu, Rusiyada narazılıq yaradır. Ermənistan cəmiyyətinin artıq Rusiya ilə müttəfiqliyə inanmadığını anlayan Moskva ölkədə Qərblə inteqrasiyanı təqlid edən psevdo-Qərb qüvvələri yaradır”.

Hurriyyet.az xəbər verir ki, “Kavkazskiy uzel”in yaydığı məlumata görə, bunu  Qərb yönümlü  müxalifət qurumu sayılan “Milli Demokratik Qütb” şurasının nümayəndəsi Ara Papyan həmin qurumun İrəvanda keçirilmiş mitinqində söyləyib.

A.Papyan əmindir ki, Ermənistan özünü birinci respublikanın(1918-1920-ci illərdə mövcud olmuş Ermənistan respublikası) hüquqi varisi elan etməlidir. 

“Noyabrın 6-7-də Brüsseldə Cənubi Qafqaz Xalqlarının III Qurultayı keçirildi və orada 1918-ci il Cənubi Qafqaz Konfederasiyasının bərpası barədə qərar qəbul edildi. Bu, mühüm qərardır, çünki Birinci Respublikanın varisliyi Ermənistan və artsaxın sərhədləri məsələsini həll etməyə imkan verir”, - deyə erməni politoloq yekunlaşdırıb.

Qısa zəruri arayış:

1917-ci ilin noyabrında keçirilmiş Rusiyadakı böyük oktyabr sosialist inqilabından 6 ay sonra, 1918-ci ilin aprelində Rusiya imperiyasından qopmuş Azərbaycan, Ermənistan və Gürcüstan Cənubi Qafqaz Federativ Respublikasının yaradıldığını elan ediblər və bu qurum, cəmi bir ay - həmin il mayın 26-dək mövcud ola bilib...

P.S. Maraqlıdır, Brüsseldə dorudan da, “Cənubi Qafqaz Xalqlarının III Qurultayı” adlı belə bir tədbir doğrudan da keçirilibsə, orada Azərbaycandan kimsə iştirak edibmi? Məsələni araşdırıb oxuculara məlumat verməyə çalışacağıq...

Moderator.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.600207