Saat:13:15
Haqqımızda

Brüssel görüşündə sənəd imzalanacaqmı - deputatlardan maraqlı AÇIQLAMA

2021-11-30 11:14:00

Brüssel görüşündə sənəd imzalanacaqmı - deputatlardan maraqlı AÇIQLAMA

15 dekabrda Brüsseldə  Avropa İttifaqı ilə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına üzv olan ölkələrin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi planlaşdırılıb. Görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.

Bir sıra siyasi analitiklər hesab edir ki, 15 dekabr Brüssel görüşünü uğurlu və regionda yeni bir mərhələnin başlanğıcı kimi qeyd etmək olardı.  Amma 26 noyabrda Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə keçirilən görüş Brüssel görüşünü kölgədə qoydu. Brüsseldə liderlərin görüşü və bunun nəticəsi olaraq Soçi bəyannaməsində qeyd edilənlərə sadiqliq vurgulanacaq. Amma Paşinyan həmin görüşdə də Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyini önə çəkəcək və çalışacaq ki, danışıqlar predmetində bu məsələ gündəlikdə olsun.

Bu məsələ artıq Azərbaycanla Ermənistanın məsələsi olmaqdan çıxıb, Qərblə Rusiyanın, müəyyən qədər də Türkiyənin məsələsinə çevrilib. Nüfuz və mövqe davası gedir Cənubi Qafqaz uğrunda. Bəzi siyasilər isə bildirirlər ki, Soçi görüşündən sonra Brüsseldə görüşün ciddi əhəmiyyəti qalmayıb.

Bəs Prezident İlham Əliyevlə Paşinyanın Brüssel görüşü nə ilə yadda qala bilər? Brüssel görüşündə hansısa sənəd imzalanması gözlənilirmi?

Aydın Mirzəzadə: Azərbaycanla Ermənistan arasında dialoq qurmağa,  vasitəçilik etməyə ehtiyac yoxdu

Aydın Mirzəzadə: “İkitərəfli münasibətlərin dərinləşməsi üçün yeni təkliflər ortaya çıxa bilər”

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında münasibətlər faktiki olaraq sıfır vəziyyətindədir. Bu münasibətləri normal qonşuluq münasibətlərinə çatdırmaq üçün həddən artıq çox iş görmək lazımdır: “Görüşlərin sayı nə qədər çox olarsa hər iki ölkənin xeyrinədir. Cənab Prezidentimiz ötən il 10 noyabr sazişini imzalayandan sonra dəfələlərlə  Ermənistanla münasibəti yeni səhifədən başlamağın tərəfdarı olduğunu bəyan edib və Ermənistanla mehriban qonşuluq münasibətləri qurmaq barədə təkliflərini verib. Ermənistan uzun müddət bundan yayınmağa, 10 noyabr, 11 yanvar sazişlərinin mahiyyətini təhrif etməyə çalışdı. Amma sonda bunun özünə ziyan olduğunun fərqinə vardı. Soçi görüşündə cənab Prezident bildirdi ki, Ermənistanın mövqeyində artıq konstruktivlik nümayiş olunur. Ermənistan rəhbəri də kommunikasiyaların açılmasının tərəfdarı olduğunu bəyan etdi və sərhədlərin müəyyənləşməsi üçün ikitərəfli komissiya yaradılması barədə razılıq əldə olundu. Hesab edirəm ki, Brüssel görüşü ilə Soçi görüşü arasında təqribən üç həftə zaman keçir və Azərbaycanla Ermənistanın liderləri üç həftə ərzində həm görülən işləri müzakirə edib müəyyən bir yekun vura bilərlər. Eyni zamanda ikitərəfli münasibətlərin dərinləşməsi üçün yeni təkliflər ortaya çıxa bilər. Soçi görüşündə ilk dəfə olaraq iqtisadi və humanitar əlaqələrdən danışıldı və fikrimcə, niyə Bakı və İrəvanda artıq diplomatik kontakt qrupları fəaliyyət göstərməsin, niyə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa rabitə qurulmasın, niyə indiki cəmiyyətlər arasında humanitar əlaqələr nəzərdən keçirilməsin? Yəni bütün bunların hamısı, bundan da böyük məsələlər Brüssel görüşündə müzakirə mövzusu ola bilər. Fikrimcə, Brüssel görüşü və bundan sonra olacaq görüşlər də vacibdir”. 

Fazıl Mustafa - Vikipedi

Fazil Mustafa: “Ermənistanın marağını güdən məsələlər istiqamətində Brüsseldə Avropa İttifaqı vasitəsilə Azərbaycana müəyyən tələblər səsləndirilə bilər”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə hesab edir ki, Soçi görüşündə müəyyən konturlar hamısı əhatə olunub. Sadəcə, Ermənistanın marağını güdən məsələlər istiqamətində Brüsseldə Avropa İttifaqı vasitəsilə Azərbaycana müəyyən tələblər səsləndirilə bilər. Təbii ki, Azərbaycan bunları rədd eləyəcək: “Yəni hər hansı bir şəkildə ATƏT-in Minsk Qrupunun yenidən bu bölgədə ermənilərin xeyrinə girələnməsinə Azərbaycan imkan tanımaq fikrində deyil. Sadəcə, Avropa İttifaqı beynəlxalq platformadır, ermənipərəst mövqeləri olsa da bizim bu platformada görüşlərdən yayınmağımız doğru olmaz. Bu bir protokol görüşüdür, sanki problemlərin müzakirəsi üçün nəzərdə tutulan görüşdür. Bundan imtina eləyəndə Avropa qurumları ilə üz-üzə qalırsan. Amma iştirak eləyib öz mövqeyini səsləndirirsən, hansısa bir sənədə imza atmırsan-çünki konkret sənəd artıq imzalanıb. Məncə, Brüsseldə hər hansı bir problem ortaya çıxmayacaq. Çünki artıq Avropa İttifaqında da başa düşürlər ki, bu məsələ üç dövlət və Türkiyə arasında çözülən bir məsələdir. Ona görə də burada, sadəcə, etiket xatirinə müəyyən müzakirələr aparılacaq və konkret sənəd imzalanmayacaq”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR