Britaniyaya tabe olan Baş nazir ABŞ-da həbs edildi

2022-04-29 17:03:00

Britaniyaya tabe olan Baş nazir ABŞ-da həbs edildi

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Qəraib dənizində yerləşən, Britaniyaya tabe olan Virciniya adalarının Baş naziri, 51 yaşlı Endrü Artur Fehi dünən narkotik - kokain qaçaqmalçılığı ittihamı ilə ABŞ-ın Mayami şəhərindəki hava limanında təyyarəyə minərkən həbs edilib. Hadisə ölkədə şoka səbəb olub. Fehi ilə birlikdə Britaniya Virciniya Adalarının Limanlar İdarəsinin icraçı direktoru Oleanvine Maynard da ABŞ-ın Narkotiklə Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Onların üzərində 700 min dollar pul olub. Həbs edilənlər hazırda federal həbsxanadadırlar və mühakimə ediləcəklər. Baş nazir həm də çirkli pulları yumaqda ittiham edilir.

Britaniyanın Xarici İşlər naziri Liz Trass hadisə ilə bağlı açıqlamasında deyib: “Bu ciddi iddialar qarşısında dəhşətə düşdüm”.

Hürr Tərcüman

Andrew Fahie Archives - OffshoreAlert


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya