Britaniyanın XİN rəhbəri Medvedevin nüvə təhdidinə cavab verdi

2022-04-15 12:46:00

Britaniyanın XİN rəhbəri Medvedevin nüvə təhdidinə cavab verdi

“Rusiyanın Şimali Avropa və Baltikyanı ölkələrə qarşı təhdidləri yeni deyil və sadəcə birliyimizi gücləndirir”

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Britaniyanın Xarici İşlər naziri Elizabet Trass Finlandiya ilə İsveçin NATO-ya üzv olmaq qərarı məsələsində sərbəst olduqlarını bildirərək, Rusiyanın təhdidlərinin yalnız ittifaqı gücləndirdiyini söyləyib.

Xəbər verdiyimiz kimi, dünən Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İsveç ilə Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə, ölkəsinin bu təhdidlərə qarşı tədbir görməli olacağını və artıq Batik bölgəsinin qeyri-nüvə statusundan danışılmayacağını bildirmişdi.  

Britaniyanın Xarici İşlər naziri sosial şəbəkədəki hesabında yazıb: “Rusiyanın Şimali Avropa və Baltikyanı ölkələrə qarşı təhdidləri yeni deyil və sadəcə birliyimizi gücləndirir. İsveç ilə Finlandiya gələcəklərini müdaxilə olmadan seçməkdə azaddırlar. Onlar hansı qərarı verirlərsə versinlər, Britaniya bu dövlətləri dəstəkləyəcək”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya