Britaniyanın Müdafiə naziri Kiyevə getdi

2022-06-10 17:36:00

Britaniyanın Müdafiə naziri Kiyevə getdi

Hurriyyet.az xəbər verir ki, Britaniyanın Müdafiə naziri Ben Volles Kiyev şəhərində Ukrayna dövlətinin Prezidenti Vladimir Zelenski və Müdafiə naziri Aleksey Reznikovla görüşüb. Danışıqlar zamanı Ukraynanın silahlandırılmasına yardımın davam etdirilməsi məsələsi müzakirə edilib.

Zelenski deyib: “Silahlar, maliyyə, sanksiyalar – Böyük Britaniya bu üç sahədə Ukraynanı dəstəkləməkdə liderdir”.

Zelenski Ben Vollesə və Britaniyanın Baş naziri Boris Consona yardım və dəstəyə görə minnətdarlığını bildirib.

Nazir Volles Britaniya ilə Ukraynanın tarixlərində oxşar cəhətlər olduğunu, indi ukraynalıların II Dünya müharibəsi dövründəki britaniyalılar kimi özlərindən sayca üstün olan faşist rejimi ilə mübarizə apardıqlarını söyləyib. Onun sözlərinə görə, buna rəğmən Ukrayna ordusunun cəsur və müdrik taktikası sayəsində düşən kollaps astanasındadır. Volles söyləyib ki, Ukrayna da Beritaniya kimi bütün çətinliklərə rəğmən məğlub olmayacaqdır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya