Saat:23:01
Haqqımızda

Britaniyanın keçmiş baş naziri BBC-ni “Dərin Dövlət”in tərəfdarı adlandırdı

2025-12-21 19:08:12

Britaniyanın keçmiş baş naziri BBC-ni “Dərin Dövlət”in tərəfdarı adlandırdı

Hurriyyet.az xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass BBC-ni “Dərin Dövlət”in təbliğat təşkilatı adlandırıb.

Böyük Britaniyanın keçmiş baş naziri Britaniya yayım şirkətinin qlobal bürokratiyanın bir hissəsi olduğunu və yalanların yayılması ilə məşğul olduğunu bildirib.

“Prezident Tramp BBC-ni onun haqqında yaydıqları yalanlara görə məhkəməyə verib. O, bildirib ki, onlar İsrail və iqtisadiyyat haqqında yalan danışıblar. Onlar qlobal sistemin təbliğatçıları, Britaniyadakı “Dərin Dövlət” bürokratiyasının təbliğatçılarıdır. Onlar tamamilə fərqli dünyagörüşünə malik Donald Tramp da daxil olmaqla müəyyən siyasi fiqurlarla mübarizə aparırlar və onlar vergi ödəyicilərimiz tərəfindən maliyyələşdirilir”.

NURAY