Britaniyanın Baş naziri Zelenski ilə bağlı təəssüfünü bildirdi

2023-05-12 18:11:00

Britaniyanın Baş naziri Zelenski ilə bağlı təəssüfünü bildirdi

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Vladimir Zelenskinin “Avroviziya” mahnı musabiqəsinin finalında çıxış etməyəcəyindən təəssüfləndiyini bildirib. Sunak söyləyib ki, Böyük Britaniya müsabiqəyə Ukraynanın adından ev sahibliyi etdiyi üçün Zelenskinin çıxışı yerinə düşərdi.

Baş nazir deyib: “Prezident Zelenski ilə Ukrayna xalqının uğrunda mübarizə apardıqları azadlıqlar siyasi deyil, fundamental dəyərlərdir”.

“Tayms” nəşrinin yazdığına görə, “Avroviziya-2023” müsabiqəsinin təşkilatçıları Zelenskinin mayın 13-də keçiriləcək final mərhələsində onlayn şəkildə çıxış eləmək təklifinə rədd cavabı veriblər.

Ukrayna Prezidentinin Ofisindən verilən açıqlamada isə, Zelenskinin çıxış etməsi üçün “Avroviziya” müsabiqəsinin təşkilatçılarına müraciət edilmədiyi bildirilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.300015