Britaniyanın baş naziri Almaniyada Avropanı gözləyən təhlükədən danışdı: Artırlar
Böyük Britaniyanın baş naziri Key Starmer Almaniyaya səfəri zamanı bir çox Avropa ölkələrində populyarlığı artan populizm və ifrat sağçı siyasi qüvvələrin təhlükəsini xatırladıb.
Hurriyyet.az xəbər verir ki, onun fikirlərini "Reuters" yayıb
Starmer həm Britaniyada, həm də bir çox Avropa ölkələrində, o cümlədən Almaniyada populist və ifrat sağçı siyasi qüvvələrin populyarlığının artmasından narahatlığını ifadə edib.
"Biz Britaniyada ifrat sağçıların, populizmin və millətçiliyin yaratdığı çətinlikləri dərk etməliyik. Həm Britaniyada, həm də digər Avropa ölkələrində, o cümlədən Fransa və Almaniyada baş verənlərlə bağlı narahat olmaq üçün bir sıra səbəblər var", - Baş nazir bildirib.
Starmer qeyd edib ki, rifah səviyyəsini artırmaqla populizmin öhdəsindən gəlmək olar və hakimiyyətdəki ilk dövrünün sonuna qədər britaniyalılar yaxşılığa doğru dəyişiklikləri hiss edəcəklər.
Bildiyiniz kimi, populist siyasi qüvvənin populyarlığı Britaniyada son seçkilərdə artıb, onlar ilk dəfə parlamentə daxil olublar. Almaniyanın bir neçə ştatında keçirilən yerli seçkilərdə bu həftə sonu ifrat sağçı "Almaniya üçün Alternativ" partiyası qalib gələ bilər.
Xatırladaq ki, Starmer səfəri zamanı Almaniya ilə böyük ikitərəfli iqtisadi və müdafiə sazişi imzaladığını açıqlamışdı.
publika.az