Britaniyalı ekspertlərdən TƏSBİT: Rusiyanın Ukraynadakı müharibəsi Sovet-Fin müharibəsinə bənzəyir

2022-06-23 18:03:00

Britaniyalı ekspertlərdən TƏSBİT: Rusiyanın Ukraynadakı müharibəsi Sovet-Fin müharibəsinə bənzəyir

Britaniyalı ekspertlər və ölkə mediası Rusiyanın Ukraynadakı müharibəsini Sovet-Fin müharibəsinə bənzədir. Üstəlik, münaqişənin hazırkı mərhələsi sovet qoşunlarının Mannerheim xəttini yarması zamanı göstərilən tarixi dönüş nöqtəsinə bənzəyir. Qərb analitiklərinin fikrincə, Rusiya Xarkov və Xerson istiqamətində cəbhəni sabitləşdirə bildi, Donbas istiqamətində müdafiəni tədricən gəmirərək, hücumu tədricən gücləndirməyə davam edəcək. İngilislərin fikrincə, əməliyyatların tempi sürətli olmayacaq, lakin Rusiya tərəfinə ən döyüşəhazırlıqli Ukrayna birləşmələrini sıradan çıxarmağa imkan verəcək ki, bu da Kiyevin məğlubiyyətinə səbəb olacaq.
Bununla bağlı əldə etdiyimiz məlumata görə, London iki hərəkət variantını nəzərdən keçirir. Ya rus qoşunlarını yayındırmaq və Ukrayna ordusuna nəfəs aldırmaq üçün hansısa yolla münaqişəyə müdaxilə etmək. Ya indi sülh müqaviləsi bağlamaq, əks halda Ukraynanın əlindəki kartları sürətlə pisləşəcək. Ukrayna nəinki ən döyüşəhazırlıqlı birləşmələrini, həm də Moskvanın ələ keçirə biləcəyi külli miqdarda Qərb silahlarını itirə bilər.
Eyni zamanda, britaniyalılar hesab edirlər ki, Rusiya ilk ayların çətinliklərini dəf edə bildi və  gizli qismən səfərbərliyi hesabına insan resurslarının çatışmazlığını aradan qaldırdı. Bütün bunlar rus ordusuna yeni uğurlu hücumlar keçirməyə imkan verəcək.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya