Britaniyadan yeni həmlə - Rusiya neftinin dənizlə daşınmasına imkan verilməyəcək...
.jpg)
Britaniya Rusiya neftinin dəniz yolu ilə daşınmasına mane olmaq üçün müttəfiqlər axtarışındadır. Bu barədə “Bloomberg” xəbər verir.
Belə ki, London Avropada Rusiya neftini G7 ölkələrinin “tavanından” kənarda daşıyan gəmilərə qarşı tədbir görəcək koalisiya yaratmağa hazırlaşır.
“Bloomberg”in məlumatına görə, bir sıra ölkələr Britaniyanın bu təklifi ilə razılaşır. Hələlik onlar yalnız bu gəmilər haqqında məlumat mübadiləsi aparacaqlar. Xatırladaq ki, 14-cü sanksiya paketində Aİ artıq Rusiya neftini daşıyan 27 tankerin öz limanlarına daxil olmasını qadağan edib.
Hazırda Qərb gəmiçilik şirkətləri, eləcə də sığortaçılar Rusiya xammalının daşınmasında iştirak edə bilmədiklərinə görə külli miqdarda pul itirirlər. Ona görə də indi G7 ölkələri Rusiya neftinin nəqlini öz yurisdiksiyalarına qaytarmaq üçün mümkün olan hər şeyi etməyə çalışacaqlar. Bununla belə, Putinin fərmanı neftin satışını və müvafiq olaraq G7 tərəfindən müəyyən edilmiş bir barel üçün 60 dollarlıq “qiymət tavanı” ilə daşınmasını qadağan edir.
Əgər Britaniya və onun müttəfiqləri Rusiyanın qara qızılının daşınmasına mane olmağa başlasa, bunun neft bazarında qiymət artımına səbəb olacağı göz qabağındadır.
Ülviyyə, Hurriyyet.az
