Britaniyadan Ermənistan sərhədçilərinə dəstək
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, London sərhədə nəzarət sahəsində İrəvanı dəstəkləyəcək və bu məsələ ilə əlaqədar Ermənistan ilə Britaniya arasında növbəti qərargah danışıqlarının aparılması planlaşdırılır.
Məlumatda bildirilir ki, ötən bazar ertəsi günü Ermənistan ilə Birləşmiş Krallıq arasında aparılmış strateji dialoqun nəticələri əsasında bəyanat qəbul edilib. Bəyanatda qeyd edilir: “Britaniya Ermənistanın dövlət xidmətlərinin işinin nizamlanması və rəqəmsallaşdırılması, polisdə gender bərabərliyi vəziyyətinin yaxşılaşdırılması sahələrində dəstək verəcək və təhlükəsizlik və miqrasiya məsələlərinin həlli üçün Ermənistanın sərhəd nəzarəti potensialını dəstəkləmək üçün tezliklə işə başlayacaq”.
Ermənistan ilə Birləşmiş Krallığın müdafiə sahəsində əməkdaşlığının dərinləşdiyi qeyd edilir. Noyabr ayında Ermənistan-Britaniya qərargah danışıqlarının altıncı raundunun keçirilməsi gözlənilir.
Hürr Tərcüman