Britaniyada seçkilərin nəticələri barəsində açıqlama
2024-07-05 13:50:12
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, "Ipsos UK" şirkətinin reallaşdırdığı ekzit-polun nəticələrinə görə, Böyük Britaniyanın 650 yerlik parlamentində Leyboristlər partiyasının 410 mandat qazandığı proqnozlaşdırılır. Ötən seçkilərdə 365 yer qazanmış mühafizəkarların 131 mandat alacaqları bildirilir. Liberal-demokratların 61 deputatla üçüncü yeri tutmaları gözlənilir. Reform UK Partiyasının 13, Şotland Milli Partiyasının 10, İngiltərə və Uelsin Yaşıllar Pariyasının 2 səs qazandıqları bildirilir.
Böyük Britaniyanın Nümayəndələr Palatasına seçkilər iyulun 4-də, yerli vaxtla saat 22.00-a qədər keçirilib.
Britaniyada 50 milyon nəfərə yaxın seçici var.
Hürr Tərcüman