Britaniya Ukraynaya sualtı dronlar verəcək

2022-08-27 14:50:00

Britaniya Ukraynaya sualtı dronlar verəcək

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynaya hərbi yardım kimi pilotsuz sualtı qayıqlar göndərəcəyini bildirib.

Pilotsuz sualtı aparatlar Qara dənizin limanlarına girişlərin minalardan təmizlənməsi üçün nəzərdə tutulub. Aparatlar 100 metrə qədər dərinlikdə işləməyə və xüsusi sensorlar vasitəsi ilə minaların yerlərini aşkar eləməyə qabildirlər.

Ümumilikdə Britaniyanın altı pilotsuz sualtı aparat göndərəcəyi bildirilir. Onlardan üçü Brtianiya Silahlı Qüvvələrinin ehtiyatından götürüləcək, qalanları isə əlavə olaraq London tərəfindən alınacaq. Birləşmiş Krallıqdan verilən açıqlamaya görə, yeni texnika sayəsində taxılın ölkədən təhlükəsiz çıxışı təmin ediləcək.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060315