Saat:11:17
Haqqımızda

Britaniya Ukraynaya silah sistemləri göndərir – Rusiyanın müdaxiləsi təhdidinə qarşı

2022-01-18 15:14:00

Britaniya Ukraynaya silah sistemləri göndərir – Rusiyanın müdaxiləsi təhdidinə qarşı

Hurriyyet.az “Qruziya Onlayn” portalına istinadla xəbər verir ki, Böyük Britaniya Rusiyanın potensial müdaxiləsindən müdafiə olunmaq üçün Ukraynaya tankəleyhinə silah tədarük eləməyə başlayıb. Bu barədə informasiyanı “Röyters” agentliyi Britaniyanın Müdafiə naziri Ben Vollesə istinadla yayıb. Volles parlamentdəki çıxışı zamanı deyib: “Biz Ukraynaya yüngül tankəleyhinə silah sistemlərini tədarük eləmək qərarına gəldik”.

Onun sözlərinə görə, ilk sistemlər artıq bazar ertəsi günü tədarük ediliblər və az sayda Britaniya hərbçisi qısa zaman müddətində Ukraynada təlimlər aparacaqlar.

O, göndərilmiş silahların sayını və tipini dəqiqləşdirməyib. Nazir söyləyib: “Bu silahlar strateji silahlar deyil və Rusiya üçün təhdid yaratmır. Onlar özünümüdafiədə istifadə edilir. Bu silahlar yaxın təsir radiusuna malikdir... lakin insanları dayanmağa və nə etdiklərini düşünməyə məcbur edə bilər. Tanklar Ukraynaya təcavüz etsələr, bu silahlar müdafiə mexanizminin bir parçasına çevriləcək”.

Vollesin sözlərinə görə, Rusiyanın hərbi hissələrinin Ukraynaya müdaxiləsindən narahat olmaq üçün legitim və real əsaslar var.  Nazir bəyan edib ki, Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə tətbiq ediləcək beynəlxalq sanksiyalar paketi artıq hazırdır.

Ukraynanın Müdafiə naziri Aleksey Reznikov britaniyalı həmkarının açıqlamasını alqışlayıb. Reznikov “Tvitter” şəbəkəsindəki səhifəsində Ukraynaya silah göndərdikləri üçün Londona və Vorllesə təşəkkürünü bildirərək yazıb: “Ukrayna Böyük Britaniyanın yüngül tankəleyhinə sistemləri göndərməklə bağlı yeni təhlükəsizlik paketini təqdim eləmək qərarını yüksək qiyməyləndirir. Britaniya parlamentindəki gözəl çıxışı üçün dostumuz Ben Vollesə təşəkkürümü bildirirəm”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR