Britaniya tanklarının Ukraynaya çatacağı tarix bəlli oldu, 6 ayda 10 min hərbçi hazırlanıb

Baş nazir şəxsən açıqladı
Hurriyyet.az xəbər verir ki, Britaniyanın “Çellencer 2” (“Challenger”) tankarı Ukraynaya mart ayında təhvil veriləcək. Bu barədə açıqlamanı Britaniyanın Baş naziri Rişi Sunak verib.
Sunak deyib: “Böyük Britaniya Ukraynaya texnikanın tədarükünü tezləşdirir – onlar aylar, yaxud illər sonra yox, yaxın günlərdə və ya həftələrdə veriləcək”.
Onun sözlərinə görə, Böyük Britaniyaya ötən həftə getmiş Ukrayna heyətləri gələn aydan “Çellencer2” əsas döyüş tanklarından istifadə edəcəklər.
Baş nazir qeyd edib ki, onların təlim proqramını genişlədirməyə razı olduqları üçün çox şaddır – bu proqram sayəsində təkcə son altı ay ərzində 10 min hərbçi hazırlanıb.
Rişi Sunak Ukrayna Prezidenti Vladimir Zelenski ilə birlikdə “əməkdaşlığın gələcəkdə dərinləşməsi deklarasiyasını” imzaladıqlarını da bəyan edib.
Sunak deyib: “Ukraynanı qısamüddətli perslektivdə silahlandırmalıyıq, lakin uzunmüddətli perslektivdə Ukraynanı gücləndirməliyik. Sizin ölkənizə hücum eləmək daha bu qədər asan olmamalıdır”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya