Saat:09:31
Haqqımızda

Britaniya polisi qiyabi olaraq "Skripal" işində üçüncü Rusiyaya qarşı ittiham irəli sürdü

2021-09-21 17:49:00

Britaniya polisi qiyabi olaraq

Britaniya polisi qiyabi olaraq 2018-ci ilin martında Solsberidə Yuliya və Sergey Skripalın öldürülməsinə cəhd iddiası ilə üçüncü rusiyalıya qarşı ittiham irəli sürdü. Polis iddia edir ki, bu işdə şübhəli 3-cü şəxs Rusiya vətəndaşı Sergey Fedotovdur.

Araşdırmada şübhəlinin əsl adının Denis Sergeyev olduğu və onun Rusiya hərbi kəşfiyyatının (GRU) əməkdaşı olduğu iddia edilir. Onunla birlikdə İngiltərə tərəfinin də GRU əməkdaşları adlandırdıqları Aleksandr Petrov (Aleksandr Mişkin) və Ruslan Boşirov (Anatoly Çepiqa) bu işdə iştirak edib.
"Scotland Yard"dan verilən press-relizdə, terrorla mübarizə üzrə polis idarəsinin zabitlərinin Sergey Fedotovun günahına dair "kifayət qədər dəlilləri" olduğu bildirilir. Ona dörd maddə ilə ittiham irəli sürülüb: öldürməyə qəsd, öldürməyə cəhd, ağır bədən xəsarəti yetirmək, kimyəvi silah gəzdirmək və istifadə etmək. Onun həbsi üçün artıq order verilib.Polis, Sergey Fedotovun İngiltərəyə 2 Mart 2018-ci ildə, Petrov və Boşirovun gəlişindən 4 saat əvvəl gəldiyini öyrəndi. Qaldığı oteldə "Noviçok" maddəsinin izi tapılmadı. Buna baxmayaraq, polisin əlində "Fedotovun həftə sonu Londonun mərkəzində Petrov və Boşirovla bir neçə dəfə görüşdüyünü göstərən" sübutlar var. Fedotov 4 Martda İngiltərəni tərk edəndən sonra o günün sonunda Skripal ailəsi zəhərləndi.
"İstintaq qrupu tərəfindən aparılan əlavə araşdırma zamanı, Petrov, Boşirov və Fedotovun əvvəllər Rusiyadan kənarda baş tutan əməliyyatlar çərçivəsində GRU-da birgə çalışdığına dair sübutlar tapıldı", "Skotland Yard" deyir. Onların hər üçü İngiltərədə axtarışdadır, tutulmaları  üçün order də verilib və müvafiq ərizə İnterpola göndəriləcək.
Xüsusilə, istintaq Skripalların zəhərlənməsindən sonra Noviçokun qala biləcəyi bir şüşə "Nina Ricci" ətirini hələ tapmadı. İngiltərə polisinin açıqlamasını dərc edəndən sonra baş nazir Boris Conson İngiltərə XİN-nin Rusiyanın London səfiri ilə araşdırmanın yeni detallarını müzakirə edəcəyini bildirdi. Baş nazir qeyd edib ki, Skripalların Noviçikla zəhərlənmə işində iştirak edən şəxslər nə vaxtsa Rusiyanı tərk edərsə, Britaniya hakimiyyəti "onların saxlanılması üçün hər şeyi edəcək".
Skripalailəsi 4 Mart 2018-ci ildə naməlum maddə ilə zəhərləndilər, daha sonra hər ikisi sağaldı və xəstəxanadan evə buraxıldı. İngilis rəsmiləri onların SSRİ-də hazırlanan "Noviçok" maddəsi ilə zəhərləndiklərini iddia edirlər. Onların fikrincə, hadisədə Rusiya kəşfiyyatının əli var. Moskva bütün ittihamları rədd edir və adı çəkilən şəxsləri adi vətəndaş adlandırır. Hələ 2019 -cu ildə İngilis mətbuatı, iddia edilən üçüncü GRU zabiti Sergey Fedotovun zəhərlənmədə iştirakı haqqında yazmışdı. "The Telegraph" onun İngiltərəni tərk etmədiyini iddia etdi.

Ülviyyə, 

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR