Saat:20:45
Haqqımızda

Britaniya parlamenti Tayvanı müstəqil dövlət hesab edir

2023-08-30 11:47:17

Britaniya parlamenti Tayvanı müstəqil dövlət hesab edir

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Britaniya parlamenti Tayvanı müstəqil dövlət hesab elədiyini bildirib.

Britaniya parlamentinin İcmalar Palatasının Xarici İşlər Komitəsinin hesabatında Tayvanın de-fakto müstəqil dövlət olduğu yazılıb. Sənəddə deyilir: “Tayvan artıq Çin Respublikası (ROS) adlanan müstəqil ölkədir”.

“Tayvan dövlətçilik üçün bütün zəruri keyfiyyətlərə, o cümlədən daimi əhaliyə, müəyyənləşdirilmiş əraziyə, hökumətə və başqa dövlətlərlə əlaqələr qurmaq qabiliyyətinə malikdir. Onun yalnız beynəlxalq səviyyədə daha böyük miqyasda tanınmağa ehtiyacı var”.

Britaniya parlamentinin hesabatına görə, adanın administrasiyasının öz müstəqilliyini rəsmən bəyan eləməməsinin yeganə səbəbi Çinin materik hissəsinin bunu “müharibə səbəbi” kimi qarşılayacağıdır.

Hesabatda yazılıb: “Tayvanın rəhbəri Çay İnven bəyan edir ki, Tayvan artıq müstəqil ölkədir və buna görə müstəqilliyini elan eləməyə ehtiyacı yoxdur”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.215054