Saat:17:25
Haqqımızda

Britaniya MN: Rusiyanın itkiləri ən yüksək həddə çatıb

2024-09-25 16:53:34

Britaniya MN: Rusiyanın itkiləri ən yüksək həddə çatıb

Hurriyyet.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın müharibədəki itkilərinin zirvə səviyyəyə çatdığını bildirib. 
Nazirliyin qiymətləndirilməsinə görə, son dörd ay ərzində Rusiya müharibə başlanandan bəri ən böyük gündəlik itkilərini verib. Britaniya hərbçilərinin qiymətləndirməsinə görə, Rusiya ordusu may ayında hər gün orta hesabla 1262 hərbçi (həlak olanlar və yaralananların ümumi sayı) itirib. İyun ayında bu rəqəm 1163, iyulda 1140, avqustda isə 1187 nəfər olub. "Nyu York Post" saytının yazdığına görə, sentyabr ayında gündəlik itkilərin orta hesabla 1000 nəfərdən artıq olacağı gözlənilir.
Britaniyanın rəsmi şəxslərinin açıqlamasına görə, may ayında Xarkovdakı qanlı döyüşlər nəticəsində Kremlin itkilərinin sayı ən yüksək həddə çatıb, 2022-ci ilin mart ayında olduğundan (gündəlik orta hesabla 386 əsgər itkisi) təqribən 4 dəfə artıq olub.
Britaniya kəşfiyyatının hesablamasına görə, 2022-ci ilin fevralında Rusiya Ukraynaya hücum edəndən indiyə qədər hər iki tərəfdən ölən və yaralanan hərbçilərin sayı ümumilikdə milyon nəfərə yaxın olub.
"Wall Street Journal" nəşrinin yazdığına görə, Rusiyanın 610 min nəfərdən artıq itki verdiyi güman edilir - Qərb kəşfiyyatının hesablamasına görə, Rusiyanın 200 min nəfərə yaxın hərbçisi həlak olub, 400 min nəfərə yaxın əsgəri yaralanıb. 
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.207201