Saat:12:57
Haqqımızda

Britaniya kral ailəsinə Krımdan dəvət-Sevastopolun rus şəhəri adlanması ilə nə vurğulanır?

2021-10-15 11:31:00

Britaniya kral ailəsinə Krımdan dəvət-Sevastopolun rus şəhəri adlanması ilə nə vurğulanır?

Krım Parlamentinin Xalq Diplomatiyası və Millətlərarası Əlaqələr Komitəsinin rəhbəri Yuri Gempel Britaniya kral ailəsini Krımı ziyarət etməyə dəvət etdi. Onun sözlərini "RİA Novosti" sitat gətirir.
Gempel, "Onları burada hərarətlə qarşılayacaq və yarımadanın bütün gözəlliklərini göstərəcəklər. Onlar Rusiya Krımından məmnun qalacaqlar", dedi və yarımadanın kral ailəsi də daxil olmaqla hər kəs üçün açıq olduğunu qeyd etdi. Gempel onu da əlavə etdi ki, son illərdə dünya ictimaiyyətinin rus torpağı kimi qəbul etdiyi yarımada ilə bağlı fikirlər əhəmiyyətli dərəcədə dəyişdi.
Bundan əvvəl isə məlum olmuşdu ki, Sevastopol "Kiçik Elmlər Akademiyası" na Böyük Britaniya Kraliçasının xahişi ilə göndərilmiş məktub gəlib. Məktubu II Yelizaveta adından işçilərindən biri cavablandırıb. O, məktəblilərə dəstək sözlərinə görə təşəkkür etdi, onlara II Yelizaveta və Britaniya kral ailəsi haqqında məlumatlar olan bukletlər göndərdi. Böyük Britaniyanın Krımın Rusiyaya birləşdirilməsini tanımamasına baxmayaraq, zərfdəki ünvanda Sevastopol Rus şəhəri adlandırıldı.
Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR