Saat:04:05
Haqqımızda

"Britaniya kəşfiyyatının rəhbəri Ermənistana gəlirsə, bu, yaxşı əlamət deyil" - Abovyan - FOTO

2022-12-17 21:23:00

“Britaniya kəşfiyyatı Ermənistana gəlirsə, bu, yaxşı əlamət deyil”.

Hurriyyet.Az xəbər verir ki, bunu erməni siyasətçi Arman Abovyan SputnikArmenia-ya müsahibəsində deyib. O bildirib ki, Britaniyadan gələn-gedən varsa, bu, pisliyə yozulmalıdır.

“Britaniya kəşfiyyatının rəhbəri Riçard Mur ölkənizə gəlirsə, bu, yaxşı əlamət deyil. Yadınıza salın, keçən həftə Mur Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdü. Bir neçə gonra Mur Ermənistana gəldi və Nikol Paşinyanla görüşdü.

Ondan sonra maraqlı hadisələr baş verdi.

Türkiyə-Azərbaycan hərbi və iqtisadi maraqlarının Ermənistandakı əsas “lobbiçilərindən biri” olan Britaniya kəşfiyyatı Ermənistanda nə itirib?

Mur İngiltərənin Ankaradakı səfirliyinə rəhbərlik edib, Ərdoğanın ən yaxın dostlarından biridir. O, Türkiyə və Azərbaycanda Britaniya kapitalına cavabdeh şəxsdir”, deyə Abovyan bildirib.

 

 

Mənbə: KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.267729