Saat:01:26
Haqqımızda

Britaniya kəşfiyyatının AÇIQLAMASI: Putin Ukrayna müharibəsində informasiya savaşını uduzur

2022-08-19 12:30:00

Britaniya kəşfiyyatının AÇIQLAMASI: Putin Ukrayna müharibəsində informasiya savaşını uduzur

Britaniya kəşfiyyatının rəhbəri Ceremi Fleminq hesab edir ki, müharibənin bu altı ayı ərzində Rusiya Ukrayna üzərində kiberməkanda üstünlük əldə edə bilməyib və informasiya müharibəsində uduzur. Lakin o, eyni zamanda xəbərdarlıq edir ki, hələ dünyanın hər yerində belə deyil. “Yevropeyskaya pravda” xəbər verir ki, bu barədə “The Economist”in köşə yazısında deyilir.
Fleminq qeyd etdiyinə görə, əvvəlcə həm Rusiya, həm də Ukrayna yaxşı bilirdilər ki, müharibənin döyüş meydanının özündən başqa savaşın mühüm meyarlarından biri də-təsir və öz hekayələri ilə informasiya savaşıdır. O yazır: “Bu savaş barbar və dağıdıcı müharibə olduğu qədər, həm də çox müasir rəqəmsal və kiber müharibədir”.
Onun sözlərinə görə, Rusiyanın rəqəmsal və informasiya məkanında ilkin hücum planları ilə uğursuzluqlar əvvəldən başlayıb. "Onların istifadə etdiyi hücumçü kiber vasitələr məsuliyyətsiz idi və seçici deyildi. İnformasiya əməliyyatları yöndəmsiz idi və kəşfiyyat məlumatlarının dərci ilə sıradan çıxarılırdı. Rusiya ordusunun Ukraynanın rəqəmsal infrastrukturunu məhv etmək və rəqəmsal vasitələrlə nifaq salmaq cəhdləri sabit, peşəkar və ukraynalı mütəxəssislərin effektiv müqavimətilə üzləşdi”, deyə Fleminq qeyd edir.
O, Ukraynanın kibermüqavimətini çox yüksək qiymətləndirir və yazır ki, bu, "tarixdə ən təsirli müdafiə kiber fəaliyyəti" ola bilər.
"Çox güclü bir rəqibə qarşı davamlı təzyiq altında işləyən sənaye mütəxəssisləri, kəşfiyyat mütəxəssisləri, təhlükəsizlik xidmətləri və bəzən sıravi vətəndaşlardan ibarət bir qrup nəticələrin qarşısını almaq, onlara reaksiya vermək və dəf etmək üçün çiyin-çiyinə çalışdılar. Bu müdafiə Rusiyanın gözlədiyindən daha güclü oldu. Onların hərbi fəaliyyətləri kiberməkanda öz uğursuzluqlarına səbəb oldu-Rusiya hücumları onların virus yoluxdurmaq istədikləri şəbəkələri sıradan çıxardı. Ruslar ukraynalıları alternativ və daha təhlükəsiz kommunikasiya üsullarından istifadə etməyə sövq etdi və bu da onların dayanıqlığını yaxşılaşdırdı", deyə Ceremy Fleminq yazır.
O, rubrikanın bir hissəsini müttəfiqlərin, o cümlədən İngiltərənin Rusiyanın planlarını pozmağa necə töhfə verdiyinə və müharibənin yarım illik müşahidələrindən özü üçün hansı nəticələrə gəldiyinə həsr edir.
"Prezident Putin bu gün Ukrayna və Qərbə informasiya müharibəsində böyük ölçüdə uduzub. Lakin bu, sevindirici hal olsa da, Rusiyanın dezinformasiyasının dünyanın digər yerlərindəki təsirini də qiymətləndirməmək olmaz", deyə o yazır. 
"Bu, Ukraynadakı müharibənin daha bir cəbhəsidir və onun nəticələri müharibə davam etdikcə hiss olunacaq. Biz dövlətin mütəşəkkil dezinformasiya kampaniyalarına qarşı durmalı və onların Rusiyanın əməllərinə beynəlxalq qəzəbi azalda bilməyəcəyinə əmin olmalıyıq", deyə Ceremi Fleminq fikrini yekunlaşdırır.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR