Britaniya kəşfiyyatından Ukrayna ilə bağlı yeni AÇIQLAMA

2022-04-20 00:15:00

Britaniya kəşfiyyatından Ukrayna ilə bağlı yeni AÇIQLAMA

“Donbas nəzarət xətti üzrə Rusiyanın top atəşi və zərbələri artmaqda davam edir”.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, ukraynalılar Rusiya qüvvələrinin bir neçə hücum cəhdini dəf edib.

"Əvvəllər də olduğu kimi ətraf-mühit, logistika və texniki problemlər Rusiyanın tərəqqi imkanlarına təsir etməyə davam edir. Yüksək motivasiyalı Ukrayna Silahlı Qüvvələrinin qətiyyəti də Rusiyanın irəliləməsini çətinləşdirir. Rusiyanın Mariupolda müqaviməti aradan qaldıra bilməməsi və yerli mülki əhaliyə də zərər vuran qeyri-bərabər hücumları onun məqsədlərinə istədiyi qədər tez çata bilməməsinin davam etdiyinin göstəricisidir”, - deyə məlumatda bildirilir. \\Modern.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya