Britaniya kəşfiyyatı: Ukrayna “Harpun” raketləri ilə Rusiyanın gəmisini vurdu

2022-06-21 20:58:00

Britaniya kəşfiyyatı: Ukrayna “Harpun” raketləri ilə Rusiyanın gəmisini vurdu

Hurriyyet.az “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, Britaniya kəşfiyyatı 17 iyun tarixində Ukraynanın Qərbin Rusiya donanmasına qarşı vuruşmaq üçün verdiyi “Harpun” gəmivuran raketləri ilə  düşmən gəmisini məhv elədiyini bildirib.

Bu barədə məlumat Britaniya kəşfiyyatı idarəsinin bugünkü rəsmi bəyanatında verilib. Açıqlamada hücumun hədəfinin “Spasatel Vasiliy Bex” hərbi-dəniz gəmisi olduğunu bildirib. Gəmi Qara dənizin şimal-qərb hissəsindəki  Zmeyinıy (İlan) adasına  silah və şəxsi heyət daşıyırmış.

Ukraynanın sahil müdafiəsinin imkanları Rusiyanın dənizə nəzarət eləmək və öz dəniz qüvvələrini Qara dənizin şimal-qərb hissəsində yerləşdirmək qabiliyyətini xeyli neytrallaşdırıb.

Britaniya kəşfiyyat idarəsinin məlumatına görə, Ukranyanın dəniz müdafiəsinin güclənməsi Rusiyanın Odessa vilayəti üçün dənizdən təhlükə yaratmaq imkanının qarşısını alıb.

“Vasiliy Bex”dən əvvəl Rusiya 24 mart tarixində Berdyansk limanında  “Saratov” desant katerini, aprelin 14-də  isə “Moskva” kreyserini itirib.

Məhz “Moskva”nı itirdikdən sonra Rusiya Qara dənizdəki donanmasını gücləndirməyə çalışır. Hələ aprel ayında Britaniya kəşfiyyatı bildirmişdi ki, belə itkilərdən sonra Rusiya Qara dənizdəki mövqelərini yenidən nəzərdən keçirməli olacaq.

Hürr Tərcüman  


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya