Britaniya kəşfiyyatı: Rüstəm Muradov güclü təzyiq altındadır

2023-02-23 13:13:00

Britaniya kəşfiyyatı: Rüstəm Muradov güclü təzyiq altındadır

Hurriyyet.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyinin “Tvitter” səhifəsində Rusiya ordusunun indiyə qədər ağır itkilər verdiyi Uqledar şəhərinə yenidən hücuma hazırlaşdığı, bu dəfə Rusiyanın hücum üçün resursların çatışmadığı bildirilir.

Son 48 saat ərzində Baxmut rayonunda amansız döyüşlər davam edir.

Cənubda, Donetsk vilayətindəki Uqledar şəhəri yenidən güclü atəşə tutulub. Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya fevralın əvvəlində və 2022-ci ilin axırlarında baha başa gələn uğursuz hücumlara baxmayaraq, yeni hücumlara hazırlaşır.

Rusiyanın Şərq Hərbi Dairəsi görünür ki, əvvəlki kimi Uqledar əməliyyatına görə məsuliyyət daşıyır. Şərq Hərbi Dairəsinin komandiri, general-polkovnik Rüstəm Muradovun güclü təzyiq altında olduğu güman edilir. Əvvəlki uğursuzluqlardan sonra Rusiyada güclü tənqidə məruz qalan Muradov nəticələrini yaxşılaşdırmağa çalışır.

Britaniyanın Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Lakin çətin ki, Muradov irəliləmək üçün zəruri zərbə qüvvəsinə malik olsun”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.143581