Britaniya kəşfiyyatı: Rusiya ordusunda ölən və yaralananların həddən çoxdur

2023-02-17 11:52:00

Britaniya kəşfiyyatı: Rusiya ordusunda ölən və yaralananların həddən çoxdur

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya ordusunda ölən və yaralananların həddən çoxdur. Belə ki, Rusiya Müdafiə Nazirliyi və Vaqner muzdlu ordusu Ukraynanı işğal başlayandan bəri 175 min ilə 200 min arasında itki verib.

Bu rəqəm ehtimal ki, öldürülən təxminən 40-60.000 insanı əhatə edir. Britaniya kəşfiyyatının gündəlik xülasəsinə görə, Rusiyada itki nisbəti 2022-ci ilin sentyabrında “qismən səfərbərlik” tətbiq olunduqdan sonra əhəmiyyətli dərəcədə artıb.
Müasir meyarlara görə, bu rəqəmlər ölən və yaralananların yüksək nisbətini əks etdirir. Bu, demək olar ki, silahlı qüvvələrin əksəriyyətinin son dərəcə primitiv tibbi dəstəyi ilə bağlıdır.
Rusiyanın ən çox itki verməyinə demək olar ki, Ukrayna Silahlı Qüvvələrinin artilleriyası səbəb oldu. "Vaqner" muzdlu qüvvələri isə çox sayda məhbusu azadlıq vədləri qarşılığında sıralarına cəlb etdi. Onların da ehtimal ki, 50%-ə qədər itkisi var.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.186582